Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 211.252 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
"Ghost of Tsushima" (hərf."Tsuşimanın kabusu") — 2020-ci ildə "Sucker Punch Productions" tərəfindən istehsal olunmuş və "Sony Interactive Entertainment" tərəfindən yayımlanmış döyüş-macəra janrında olan videooyun. Oyunçu Yaponiya üzərinə birinci monqol istilası dövründə Tsuşima adasını müdafiə etməyə çalışan samuray Cin Sakayı idarə edir. Cin öz xalqını qorumaq üçün samuray kodeksinə sadiq qalaraq şərəfli şəkildə vuruşmaq və ya az itki ilə monqolları dəf etmək üçün daha praqmatik, lakin şərəfli hesab olunmayan üsullardan istifadə etmək seçimi qarşısında qalır. Oyun geniş açıq dünyaya malikdir və oyunçu bu ərazini piyada və ya at belində səyahət etməklə kəşf edə bilər. Döyüşlər zamanı oyunçu Cin Sakayın katanasından istifadə edərək birbaşa qarşıdurmaya girə və ya düşmənlərini gizlilik taktikasından istifadə etməklə səssizcə məhv edə bilər. "Ghost of Tsushima: Legends" adlı çoxnəfərli rejim 2020-ci ilin oktyabr ayında təqdim edilmiş, 2021-ci ilin sentyabrında isə ayrıca məhsul kimi istifadəyə verilmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Yuri Kovalenko (1966 – 2023) — Ukrayna alimi, tarixçisi, arxeoloqu, "Qara lalə" missiyasının iştirakçısı, diyarşünası, müəllimi, musiqiçisi, Ukrayna Silahlı Qüvvələrinin baş çavuşu, Rusiya–Ukrayna müharibəsinin iştirakçısı. 2023-cü ildə Rusiyanın Ukraynaya hücum əməliyyatları zamanı həlak olmuşdur. Kovalenko Sumı vilayətində anadan olmuş, Qluxov Pedaqoji İnstitutunu və Kiyev Universitetini tarix ixtisası üzrə bitirmişdir. O, 1999-cu ildən "Qluxov" Milli Qoruğunda elmi-tədqiqat şöbəsinin müdiri kimi çalışmış və Qluxov Arxeologiya Muzeyinin yaradılmasında mühüm rol oynamışdır. Baturin qalasının və tarixi Qluxovun tədqiqatı da daxil olmaqla arxeoloji qazıntılarda fəal iştirak etmiş, tələbə ekspedisiyalarına rəhbərlik etmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
ABŞ milli parklarının siyahısıABŞ-də yerləşən 59 milli parka verilən ümumi ad. ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dəki milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.

Şəkildə Amerikan Samoası Milli Parkı təsvir olunub.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli